Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Futbol klublarının oyunçularının ümumi dəyəri üzrə reytinqi təqdim olunub

Futbol klublarının oyunçularının ümumi dəyəri üzrə reytinqi təqdim olunub

Tarix: 4 May 2020 01:56

Bakı. Trend:

"Transfermarkt" portalı futbol klublarının oyunçularının ümumi dəyəri üzrə reytinqini təqdim edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, reytinqdə birinci yerdə İngiltərənin "Mançester Siti" klubu qərarlaşıb. Klubun futbolçularının ümumi dəyəri 1 milyard avronu ötüb (1,02 milyard avro).

İkinci yeri oyunçularının ümumi dəyəri 967 milyon avro olan daha bir İngiltərə klubu - "Liverpul" tutub. Üçüncü yerdə İspaniyanın "Real" klubu qərarlaşıb. Madrid təmsilçisinin futbolçularının ümumi dəyəri 888 milyon avro təşkil edib.

Bundan əlavə, ilk onluqda İspaniyanın "Barselona" (852,7 milyon avro), Fransanın "Pari Sen-Jermen" (843,7 milyon avro), Almaniyanın "Bavariya" (756,6 milyon avro), İspaniyanın "Atletiko" (709 milyon avro), İngiltərənin "Tottenhem" (699 milyon avro), "Çelsi" (679,9 milyon avro) və Mançester Yunayterd (646,7 milyon avro) klubları yer alıblar.


Etiketlər:  Futbol klublarının oyunçularının ümumi dəyəri üzrə reytinqi təqdim olunub


RƏYLƏR