Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2020 03:48
Bakı. Trend:
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 3,5 milyon nəfəri ötüb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Con Hopkins Universitetinin hesabatında deyilir.
Məlumata əsasən, hazırda dünyada koronavirusa yoluxanların sayı 3 502 126 nəfər, koronavirusdan ölənlərin sayı isə 247 107 nəfərə çatıb.
Bildirilir ki, 1 119 817 nəfər koronavirusdan sağalıb.
Ən çox yoluxma halları ABŞ-da (1 156 924 yoluxma halı, 67 451 ölüm halı), İspaniyada (217 466), İtaliyada (210 717) və Böyük Britaniyada (187 840) qeydə alınıb.