Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu gündən bərbərxana və gözəllik salonları açılır

Bu gündən bərbərxana və gözəllik salonları açılır

Tarix: 4 May 2020 07:42

Xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti mayın 4-ü saat 00:00-dan etibarən bərpa edilib.

Sonxeber.net xəbər verir ki, bundan başqa, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilir ki, bu gündən bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti, bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət də bərpa olunur.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az" portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.

Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejimində respublika üzrə ictimai yerlərdə, bulvarlarda və parklarda, eyni zamanda ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.

Qeyd edək ki, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb. Xüsusi karantin rejiminin müddəti mayın 4-də bitməli idi.


Etiketlər:  gündən bərbərxana gözəllik salonları açılır


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ