Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2020-ci ilin birinci rübündə qlobal smartfon satışlarının həcmi üzrə tarixdə ən böyük azalma qeydə alınıb

2020-ci ilin birinci rübündə qlobal smartfon satışlarının həcmi üzrə tarixdə ən böyük azalma qeydə alınıb

Tarix: 4 May 2020 10:03

Üç böyük analitik agentliyin (“Canalys”, “IDC” və “Strategy Analytics”) məlumatına görə, smartfonların satış həcmi üzrə tarixdə ən böyük azalma qeydə alınıb. Müxtəlif qiymətləndirmələrə görə, 2020-ci ilin birinci rübündə smartfonların satış həcmi 11,7%-dən 17%-dək azalıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “digger.ru” saytına istinadən yazır ki, “IDC” analitiklərinin məlumatına görə, 2020-ci ilin birinci rübündə qlobal smartfon satışlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,7% azalıb. “Canalys” şirkətinin analitikləri satış həcminin 13%, “Strategy Analytics”in analitikləri isə 17% azalması fikrindədirlər.
 
Analitiklər, həmçinin bildiriblər ki, əksər smartfon istehsalçıları koronavirusun smartfon satışlarına ən yüksək təsirini ikinci rübdə gözləyirlər.
 
Emil Hüseynov




Etiketlər:  2020 ilin birinci rübündə qlobal smartfon satışlarının həcmi üzrə tarixdə böyük azalma qeydə alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ