Tarix: 4 May 2020 11:28
“Hamı çempionatın tamamlanmasını və nəticələrin meydanda bəlli olmasını istəyir. Hər şeyin belə sona yetməsi çox pis olar”.
Qol.az xəbər verir ki, bu sözləri “Tottenhem”in kapitanı Huqo Loris koronavirus pandemiyasına görə Premyer Liqada mövsümün ləğvi ehtimalından danışarkən deyib.
Fransalı qapıçı “L'Equipe” nəşrinə açıqlamasında belə bir qərar veriləcəyi təqdirdə ən çox “Liverpul”a haqsızlıq olacağını bildirib:
“Nəticələrin ləğv edilməsi xüsusilə çempionluğa çox yaxın olan “Liverpul”a qarşı insafzılıq olar. Mövsümün ən həyəcanlı dönəminə girmək üzrəydik. Heç kim Premyer Liqanın belə bitməsini istəmir”.Qeyd edək ki, Premyer Liqa 29-cu turda dayandırılıb. Turnir cədvəlinə 82 xalla "Liverpul" başçılıq edir. "Mançester Siti" (57) 2-ci, "Lester" (53) 3-cü, "Çelsi" (48) 4-cü, "Mançester Yunayted" (45) 5-cidir.