Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DİN-dən maska taxmayanlarla bağlı AÇIQLAMA

DİN-dən maska taxmayanlarla bağlı AÇIQLAMA

Tarix: 4 May 2020 16:58

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bu gündən etibarən xüsusi karantin rejimi yumşaldılıb, bəzi sahələrdə fəaliyyət bərpa edilib. Eyni zamanda Tibbi Qərargah tərəfindən müxtəlif sahələr üzrə fəaliyyət zamanı riayət edilməli olan 6 metodiki göstəriş hazırlanıb.

Məsələ burasındadır ki, ictimai nəqliyyatda, qapalı məkanlarda, salon və bərbərxanlarda tibbi maskadan istifadə məcburi olsa da, əksəriyyət buna riayət etmir.

Sonxeber.net xəbər verir ki, məsələ ilə bağlı proseslərə nəzarəti həyata keçirən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, tibbi maskadan istifadə etməməyə görə cərimə nəzərdə tutulmur:

"Nazirlər Kabinetinin qərarında da göstərilib ki, ictimai yerlərdə, qapalı məkanlarda tibbi maskalardan istifadə edilməlidir. Xüsusi karantin rejimində xidmət göstərən polis əməkdaşları onlardan maska taxmağı tələb etmək hüququna malikdirlər. İlk növbədə xəbərdarlıq, xəbərdarlığa məhəl qoymayanlar barədə isə lazımi ölçü götürüləcək".


Etiketlər:  DİN dən maska taxmayanlarla bağlı AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ