Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2020 17:24
Bakı. Samir Əli - Trend:
Bir həftə əvvəllə müqayisədə Bakıda nəqliyyatın axınında 10-12 faiz artım müşahidə edilir.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
Onun sözlərinə görə, aprel ayında daha çox sıxlıq olub:
"Aprelin 20-də 573 min sərnişin daşındığı halda, aprelin 27-də bu rəqəm 736 min olub. Sərnişinlərin bəzilərivəziyyətdən sui-istifadə edərək əsassız yola çıxırlar. Buna görə də paytaxtda sıxlıqlar müşahidə olunur. Bu xoşagəlməz haldır".
V.Kərimli qeyd edib ki, bir həftə əvvəllə müqayisədə nəqliyyat axınında 10-12 faiz artım müşahidə edilir: "Hər bir nəqliyyat vasitəsinin poçtdan keçmə sürətini hesablasaq, bu, kifayət qədər vaxt tələb edir. Hər avtobus postlarda 10 dəqiqə gözləyirsə, deməli dayanacaqlarda sərnişinlərin gözləmə vaxtı da artır. Ona görə də xahiş edirik ki, zərurət olmadan vətəndaşlar evlərini tərk etməsinlər. Bu, həm də virusun ikinci dalğası üçün zəmin yaradır".