Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Tottenhem'' Rakitiçlə danışıq aparır

''Tottenhem'' Rakitiçlə danışıq aparır

Tarix: 4 May 2020 17:56

“Barselona”nın yarımmüdafiəçisi İvan Rakitiç karyerasını İngiltərədə davam etdirə bilər.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, xorvatiyalı futbolçunu "Tottenhem" transfer etməyə çalışır. London klubunun baş məşqçisi Joze Mourinyonun futbolçunun transfer edilməsini istədiyi bildirilir.

Klub nümayəndələrinin Rakitiçin agenti ilə danışıqlara başladığı qeyd edilib.

Xatırladaq ki, Rakitiçin “Barselona” ilə müqaviləsi 2021-ci ilin iyununda başa çatır.


 

 


Etiketlər:  Tottenhem Rakitiçlə danışıq aparır


RƏYLƏR