Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mesut Özildən müsəlmanlara dəstək: 713 min türk lirəsi

Mesut Özildən müsəlmanlara dəstək: 713 min türk lirəsi

Tarix: 4 May 2020 18:50

"Arsenal"ın yarımmüdafiəçisi Mesut Özil Türkiyə Qırmızı Xaç Cəmiyyətinə ianə edib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Özil təşkilata 713 min türk lirəsi (təxminən 173 min manat) bağışlayıb. Vəsait koronavirus pandemiyası dövründə müsəlmanların oruc tutmasına dəstək olmaq üçün ayrılıb. Məbləğ Ramazan ayında iftarların təşkil edilməsinə xərclənəcək.

Türk əsilli alman futbolçu sayəsində ümumilikdə 114 min insan yardım alacaq.

Türkiyə Qırmızı Xaç Cəmiyyəti Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının tərkibində fəaliyyət göstərir.

Milli.Az


Etiketlər:  Mesut Özildən müsəlmanlara dəstək 713 min türk lirəsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ