Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2020 01:12
Bakı. Trend:
Növbəti 15 ay ərzində Dünya Bankı (DB) dünya ölkələrinə yeni növ koronavirus pandemiyası ilə mübarizə aparmaq üçün 160 milyard dollara qədər vəsait ayıracaq.
Trend-in məlumatına görə, bu barədə qurumun mətbuat xidmətinin açıqlamasında deyilir.
"Epidemioloji nəzarətin genişləndirilməsinə, tibbi proqramların keyfiyyətinin yaxşılaşdırılmasına və iş yerlərinin saxlanmasına kömək etmək niyyətindəyik. Növbəti 15 ay ərzində ölkələrə yoxsul və həssas insanları qorumaq üçün 160 milyard dollara qədər maliyyə dəstəyi edəcəyik",- açıqlamada bildirilib.
Qeyd edilir ki, yeni növ koronavirusun yayılması ilə mübarizə üçün DB-nın Avropa və Orta Asiya ölkələrinə dəstəyi artıq 1,4 milyard dolları keçib.
DB bu vəsaitlərin "tibbi avadanlıqların, o cümlədən test sistemləri, respirator və süni havalandırma cihazlarının alınması, həmçinin sağlamlıq sistemlərinin gücləndirilməsi, tibb işçilərinin hazırlanması və COVID-19-dan zərər çəkmiş əhalinin ən həssas qruplarına sosial dəstək verilməsi üçün" ayrıldığını vurğulayır.