Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

LG-nin gəliri azalıb

LG-nin gəliri azalıb

Tarix: 5 May 2020 08:48

Cənubi Koreya şirkəti LG Electronics bu ilin birinci rübündə 12,45 milyard dollar gəlir əldə edib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu haqda şirkət məlumat yayıb.

Məlumatda şirkət mənfəətinin 921,47 milyon dollara bərabər olduğu göstərilir. Gəlir keçən ilin eyni dövrü ilə müqayisədə bir qədər azalsa da, əməliyyat mənfəəti 21,1% artıb.

Gəlirin 4,58 milyard dollarını şirkətin "LG Home Appliance & Air Solution" şöbəsi əldə edib. "LG Home Entertainment" şöbəsi isə gəlirin 2,51 milyard dollarını təmin edib. "LG Mobile Communications" şöbəsinin ötən illə müqayisədə gəliri 34% azalaraq 843,9 milyon dollar olub. "LG Vehicle Component Solutions" 1,11 milyard dollar qazanca əlavə edib. "LG Business Solutions" 1,44 milyard dollar qazanıb.


Etiketlər:  gəliri azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ