Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2019 23:24
Nelson Semedo bu yay "Barselona"nı tərk edə bilər.
Qol.az-ın "Mundo Deportivo"ya istinadən yaydığı xəbərə görə, portuqaliyalı müdafiəçinin agenti Jorje Mendeş klub rəhbərliyi ilə görüşüb və futbolçunun Kataloniya klubunda az oynamaqdan narazı olduğunu bildirib. O, Semedonun başqa kluba keçmək istədiyini söyləyib.
Ancaq "Barsa"nın 25 yaşlı oyunçunu komandada saxlamaq istədiyi bildirilib.