Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Taleyim belə yazıldı ki, doğma ata, anamı görməz oldum" - Samiraldo onu böyüdən qadınla FOTOsunu yaydı

Tarix: 5 May 2020 10:55

Həyatının bir hissəsini uşaqlar evində keçirən stilist Samiraldo (Samir Əliyev) mənəvi anası ilə görüşüb.

Milli.Az bildirir ki, bu barədə saqlamheyat.az-a danışan stilist deyib ki, o, yalnız bu xanımdan ana nəvazişi görüb:

"Bələ bir deyim var ki, insan taleyini özü seçmir. Alın yazısı nədirsə, onu da yaşayır. Mənim də taleyim belə yazıldı ki, doğma ata, anamı görməz oldum. 1976-cı ildən 1992-ci ilə qədər uşaqlar evində qaldım. Orada pis, yaxşı həyatımı yaşadım.

Amma yenə da taleyimdən narazı deyiləm. Çünki məni illərdi öz balası kimi sevən bir insan, mənəvi anam var yanımda. O, xəstədir. Amma mən hər dəfə onun yanına gedəndə çox sevinir. Elə mən də sevinirəm. Çünki onu özümə ana bilirəm".

Milli.Az


Etiketlər:  Taleyim belə yazıldı ki doğma ata anamı görməz oldum Samiraldo onu böyüdən qadınla FOTOsunu yaydı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ