Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2020 11:54
Bakı. Trend:
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş İdarəyə Rəşad adlı şəxsin üzərində qanunsuz olaraq silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs, paytaxt sakini, əvvəllər məhkum olunmuş Rəşad Qasımov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Licenced Trodemarkof NEW” markalı tapança, 6 ədəd patron, 1 ədəd patron darağı və 1 ədəd bıçaq aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış zamanı 1 ədəd nömrəsi silinmiş “TOZ 8” markalı ov tüfəngi, 1 ədəd “İJ-53” markalı pnevmatik tapança, 1 ədəd lüləsi və qundağı kəsilmiş “TOZ B” markalı ov tüfəngi, 1 ədəd “Gamo” markalı pnevmatik tüfəng, 14 ədəd patron və 1 ədəd bıçaq aşkar olunaraq götürülüb.
Faktla bağlı Rəşad Qasımov barəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.