Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona'' 80 milyon avro və 3 müdafiəçi təklif etdi

''Barselona'' 80 milyon avro və 3 müdafiəçi təklif etdi

Tarix: 5 May 2020 12:26

"Barselona" Lautaro Martinesin transferi üçün "İnter"ə təklif göndərib.

Qol.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Kataloniya klubu 22 yaşlı hücumçu üçün 80 milyon avro və üç müdafiəçi - Nelson Semedu, Xunior Firpo və Jan-Kler Todibonu təklif edib. Ancaq bu şərtlərdə olan təklifi "İnter" qəbul etməyib. İtaliya təmsilçisinin argentinalı oyunçu üçün 111 milyon avro istədiyi vurğulanıb.

Xəbərdə Martinesin böyük ehtimalla "İnter"də qalacağı iddia olunuv. Bildirilib ki, baş məşqçisi Antonio Konte  onu daha bir komandada saxlayaraq qiymətini qaldırmaq istəyir.

Qeyd edək ki, Martines bu mövsüm 31 matçda 16 qol vurub, 4 qolun ötürməsini verib.

 


Etiketlər:  Barselona milyon avro müdafiəçi təklif etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ