Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranın ''Pishtazteb'' şirkəti Almaniyaya COVID-19 diaqnostik testləri ixrac edib

İranın ''Pishtazteb'' şirkəti Almaniyaya COVID-19 diaqnostik testləri ixrac edib

Tarix: 5 May 2020 13:52

Bakı. Elnur Bağışov - Trend:

İranın "Pishtazteb" şirkəti COVID-19 virusunun müəyyənləşdirilməsi üzrə 40 min ədəd seroloji testini Almaniyaya ixrac edib.

Trend-in məlumatına görə, bunu İranın "Pishtazteb" startap şirkətinin icra direktoru Yaşa Fərroxzad IRNA-ya açıqlamasında deyib.

Y.Fərroxzadın sözlərinə görə, bu testlər bu gün İmam Xomeyni aeroportu vasitəsi ilə Almaniyaya göndərilib.

Fərroxzad əlavə edib ki, bu şirkət gündəlik 1 milyon ədəd test istehsal edə bilər.

"Hazırda 20 ölkədə nümayəndəliyin olduğunu da nəzərə alaraq koronavirusla mübarizə ilə əlaqədar məhsulların satın alınması üçün 60-dan çox ölkədən müraciət var", – deyə o qeyd edib.

Fərroxzad deyib ki, Almaniya, Türkiyə, Polşa, Latın Amerikasında bir neçə ölkə, MDB ölkələri bu testlər üçün müraciət ediblər.

Şirkət rəsmisi deyib ki, Almaniyadan sonra növbəti test yükü Türkiyəyə ixrac olunacaq.

"Digər ölkələrdən çoxlu miqdarda testin satın alınması üçün müqavilələr imzalanmaqdadır", – deyə o qeyd edib.

Fərroxzadın sözlərinə görə, bu şirkət 22 ildir yaradılıb və 18 ildən çoxdur ki, tibb ləvazimatının ixracı sahəsində fəaliyyət göstərir. İndiyədək 25-dən çox ölkəyə məhsul ixrac olunub.


Etiketlər:  İranın Pishtazteb şirkəti Almaniyaya COVID diaqnostik testləri ixrac edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ