Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2020 17:28
Bakı. Samir Əli - Trend:
Bu gün Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının ilk iclası keçirilib.
Trend-in məlumatına görə, bu barədə məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargahında keçirilən mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
Onun sözlərinə görə, bu günə qədər fonda 113 milyon manatdan artıq vəsait toplanıb:
"Bütün ianələrin hamısının xərclənəcəyi istiqamətlər barədə saytda məlumat veriləcək. Ən böyük məbləğdə ianə cənab Prezident tərəfindən olunub".