Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2020 18:05
Azərbaycan Televiziyasının (AzTV) efirində bu gündən etibarən yeni layihə yayımlanacaq.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, "Gündəlik" adlı proqram həftəiçi hər gün saat 16.30-dan efirdə olacaq. Verilişdə ölkə və dünya gündəmində olan hadisələr şərh olunacaq, müxtəlif maraqlı rubrikalar təqdim ediləcək.
Proqramın aparıcıları Nərgiz Cəlilova, Kamran Ağabalayev və Şaiq Ağayevdir.