Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2020 19:14
Sakinlər Bakının Parlament prospekti, Qutqaşınlı küçəsi 1 ünvanında ağacların kəsildiyini deyirlər.
Sonxeber.net xəbər verir ki, şikayətçi vətəndaşlar qafqazinfo-ya bildirib ki, yol kənarında olan ağaclar kəsilərək yerinə asfalt örtüyü tökülüb.
Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov qafqazinfo-ya açıqlamasında bildirib ki, sözügedən küçədə ağaclara aqro-texniki qulluq edilib, bir ədəd qəzalı vəziyyətdə olan qovaq ağacı kəsilib:
"Bir ədəd gövdəsi çürümüş, qəzalı vəziyyətdə olan qovaq ağacı kəsilib. Bildiyimiz kimi bu ağaclar kənardan yaşıl görünsə də, gövdəsində çürümə gedir və qısa zamanda aşır. Biz o qəzalı vəziyyətdə olan ağacı saxlaya bilmərik. Qanun da icazə verir ki, gövdəsindən çürümüş, qocalmış qovaq ağacları kəsilə bilər.
Küçədə 50-dən çox ağaca aqro-texniki qulluq edilərək budanıb, formasını itirmiş ağaclara forma verilib".