Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2019 07:04
Bakı. Trend:
Yunanıstan Baş naziri Aleksis Tsipras iyunun 10-da Yunanıstan prezidenti Prokop Pavlopulosdan parlamenti ləğv etməsini və 7 İyulda vaxtından əvvəl seçkilərin keçirilməsini xahiş edəcəyini təsdiq edib.
Trend-in məlumatına görə, bu barədə Yunanıstan baş naziri "ERT" televiziyasında müsahibəsində bildirib.
A.Tsipras deyib ki, ölkənin hakim partiyası "SİRİZA", "Yeni demokratiya" müxalifət partiyasına məğlub olduğu Avropa Parlament seçkilərindən sonra demokratiya prinsipləri vaxtından əvvəl səçkilərin keçirilməsini tələb edir.
A.Tripras qeyd edib ki, seçkilər iyunun 7-də keçiriləcək:
"Mən, iyunun 10-da Yunanıstan Prezidenti ilə görüşüb parlamentin ləğvi və vaxtından əvvəl seçkilərin təyin edilməsini xahiş edəcəm".
Baş nazir əlavə edib ki, o istefaya getmir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin