Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2020 22:48
Apple iOS 13.5 yenilənməsinə maska taxanların da FaceID ilə telefon açmasına icazə verən xüsusiyyət gəlib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu xüsusiyyət üzdən istifadə edərək telefon kilidini açmağa imkan verəcək. Şirkəti bu addımı atmağa koronavirus pandemiyasından sonra əksər insanların maska taxması və Face ID-dən imtina etməsi vadar edib. Artıq maskalı şəxslər də telefon kilidini asanlıqla aça biləcəklər.
Yeni funksiya istifadəçinin maska taxıb-taxmadığını müəyyənləşdirəcək. Maskasız şəxslər telefon kilidini üz vasitəsilə aça biləcəklər. Maska taxanlar üçün isə xüsusi parol veriləcək və həmin şifrəni daxil edərək kilidi açmaq mümkün olacaq.