Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2020 23:42
Bakı. Trend:
Nazirlər Kabinetinin qərarına əsasən, mayın 4-dən etibarən ölkə ərazisində karantin rejiminin yumşaldılması ilə əlaqədar bəzi iş yerlərinin açılması nəticəsində Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara sərnişin tələbatı artıb.
Azərbaycan Dəmir Yolları” QSC-dən Trend-ə verilən məlumata görə, bunu nəzərə alaraq, sabahdan həmin istiqamətdə qatarların sayı çoxaldılacaq.
Qatarların yeni hərəkət qrafiki ilə ətraflı aşağıdakı cədvəldə tanış olmaq olar: