Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2020 08:20
Bakı. Trend:
Son sutka əzrində materik Çindəki tibb müəssisələrində yeni koronavirusa yoluxan xəstələrin sayı təxminən 14 faiz azalaraq 339 nəfərə çatıb, ölüm halı qeydə alınmayıb.
Trend-in məlumatına görə, bu barədə Çinin Gigiyena və Sağlamlıq Məsələləri üzrə Dövlət Komitəsi xəbər verib.
Məlumata əsasən, ötən gün ərzində ölkədə 2 yeni yoluxma hadisəsi aşkar edilib, hamısı xaricdən gələn insanlarda qeydə alınıb.
Çində virusun yayılması vaxtından bəri 1678 yoluxma halı xaricdən gələnlərdə qeydə alınıb, onlardan 1400 nəfəri artıq sağalıb.
Statistikaya görə, Çində yoluxanların 94 faizi sağalıb, son 24 saat ərzində 58 nəfər sağalıb. 2019-cu ilin dekabr ayından bəri xəstələnənlərin sayı 82,8 mini keçib.