Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2020 11:03
Bakı. Trend:
Qazaxıstanla sərhəddə öldürülən azərbaycanlının nəşi ailəsinə təhvil verilib.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, 6 may 2020-ci il tarixdə Xəzər dənizinin mərkəzi istiqamətində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi tərəfindən 30 aprel 2020-ci il tarixdə Qazaxıstan Respublikasının Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Xəzər dənizində 4 nəfər Azərbaycan Respublikası vətəndaşının saxlanılması zamanı silahın tətbiqi nəticəsində həyatını itirmiş Neftçala rayonu sakini, 1969-cu il təvəllüdlü İbrahimov Qəhrəman Kamil oğlunun cənazəsi qəbul edilib və həmin gün ailəsinə təhvil verilib.