Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2020 17:30
"COVİD-19-a ən çox yoluxma faktı Bakı şəhərinin Yasamal və Sabunçu rayonlarına şamil olunur".
Sonxeber.net xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Operativ Qərargahda brifinqind açıqlayıb.
Zaur Əliyev yoluxmanın bu rayonlarda daha yüksək olmasının səbəbini də açıqlayıb:
"Yasamal ona görə idi ki, orada bir neçə ocaq müəyyənləşmişdi. Hansı ki, bir nəfər bir neçə insanı yoluxdurmuşdu. Gördüyümüz əks epidemik tədbirlər nəticəsində həmin vətəndaşlarımız izolyasiya olunublar, xüsusi rejimli xəstəxanda sağalıb, artıq evlərinə buraxılıblar".
Təhməz Əsəd