Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2020 18:12
Bakı. Trend:
Almaniyada koronavirus pandemiyası ilə əlaqədar sosial məsafə məhdudiyyətləri iyunun 5-dək uzadılıb.
Trend-in məlumatına görə, bunu kansler Angela Merkel mətbuat konfransında deyib.
O bildirib ki, bununla belə, karantin qaydaları yumşaldılacaq.
A.Merkel əlavə edib ki, Almaniya pandemiyanın birinci mərhələsini geridə qoyub.
Qeyd edək ki, bu günədək Almaniyada 167 mindən çox şəxs koronavirusa yoluxub, 7 minə yaxın xəstə həyatını itirib.