Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2020 21:00
Bakı. Samir Əli - Trend:
Bu gün Səbail rayon Məhkəməsində İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Haciyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı proses keçirilib.
Trend-in məlumatına görə, prosesdə istintaq orqanının vəsatətinə baxılıb. Məhkəmə vəsatəti təmin edib və Vilyam Hacıyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat zamanı İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev saxlanılıb