Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İmişlinin icra başçısı 4 ay müddətinə həbs olundu

İmişlinin icra başçısı 4 ay müddətinə həbs olundu

Tarix: 6 May 2020 21:02

Bu gün Səbail rayon Məhkəməsində İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Haciyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı proses keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, prosesdə istintaq orqanının vəsatətinə baxılıb. Məhkəmə vəsatəti təmin edib və Vilyam Hacıyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat zamanı İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev saxlanılıb.

Milli.Az


Etiketlər:  İmişlinin icra başçısı müddətinə həbs olundu


RƏYLƏR