Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polşada prezident seçkiləri mayın 10-u keçirilməyəcək

Polşada prezident seçkiləri mayın 10-u keçirilməyəcək

Tarix: 7 May 2020 04:36

Bakı. Trend:

Polşada prezident seçkiləri mayın 10-u keçirilməyəcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Polşanın hakim "Qanun və ədalət" partiyasının lideri Yaroslav Kaçinski və onun koalisiya üzrə tərəfdaşı, "Razılıq" siyasi birliyinin rəhbəri Yaroslav Qovinin birgə bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Seymin sədri ən qısa müddətdə yeni prezident seçkilərinin mümkün tarixini açıqlayacaq".

Qeyd edilir ki, bu qərar "müxalifətin bu il prezident seçkilərini konstitusiyada müəyyən edilmiş tarixdə keçirilməsinə imkan verən bütün konstruktiv təklifləri qəbul etməkdən imtina etməsi ilə əlaqədar" qəbul edilib.


Etiketlər:  Polşada prezident seçkiləri mayın keçirilməyəcək


RƏYLƏR