Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2020 09:45
Bakı. Samir Əli - Trend:
Bakıda gənc oğlanı bıçaqlayıb qaçan qadın saxlanılıb.
Trend-in məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş verib. Rayonun Binə qəsəbəsi sakini, 1991-ci il təvəllüdlü Xalid İsmayılov Şüvəlan qəsəbəsində Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Lalə Mustafayeva ilə mübahisə edib.
Mübahisə nəticəsində qadın X.İsmayılovu bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralı qarın nayihəsinin kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya yerləşdirilib.
Xəzər rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində L.Mustafayevanın yeri müəyyən edilərək saxlanılıb və istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb.