Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bavariya” Xamesin gedişini açıqladı

“Bavariya” Xamesin gedişini açıqladı

Tarix: 5 Iyun 2019 16:24

Xames Rodriges “Bavariya”dan ayrılıb.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Münhen təmsilçisində icarə əsasında çıxış edən kolumbiyalı yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu “Real”a qayıdıb. Onun Madrid klubu ilə 2021-ci ilin yayına qədər sözləşməsi var.

Qeyd edək ki, 2017-ci ildən “Bavariya”dan çıxış edən Xames ümumilikd 67 oyuna 15 qol vurub, 20 məhsuldar ötürmə edib.
 


Etiketlər:  Bavariya Xamesin gedişini açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ