Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tbilisiyə giriş-çıxış mayın 11-dən bərpa olunacaq

Tbilisiyə giriş-çıxış mayın 11-dən bərpa olunacaq

Tarix: 7 May 2020 14:28

Bakı. Trend:

Gürcüstanın paytaxtı Tbilisiyə giriş-çıxış mayın 11-dən bərpa olunacaq.

Trend-in məlumatına görə, bunu ölkənin Baş naziri Georgi Qaxariya deyib.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar paytaxta giriş-çıxış aprelin 15-də bağlanıb.

Mayın 5-də isə ölkənin digər iri şəhəri Batumi və Kutaisiyə giriş-çıxış bərpa olunub.

Xatırladaq ki, bu günədək Gürcüstanda 615 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb, 275 nəfər sağalıb.


Etiketlər:  Tbilisiyə giriş çıxış mayın dən bərpa olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ