Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev və Tacikistan Prezidenti Emoməli Rəhmon arasında telefon danışığı olub

Prezident İlham Əliyev və Tacikistan Prezidenti Emoməli Rəhmon arasında telefon danışığı olub

Tarix: 7 May 2020 15:45

Mayın 7-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Emoməli Rəhmon koronavirus pandemiyası ilə mübarizədə Azərbaycanın ölkəsinə göstərdiyi yardımı yüksək qiymətləndirərək indiki çətin dövrdə bunu qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi dəyərləndirdi.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı dost və qardaş xalqlarımızın hər zaman, xüsusilə də ağır pandemiya dövründə bir-birinin yanında olmasının önəmini vurğuladı və bunu dostluq münasibətlərimizin təbii göstəricisi kimi qiymətləndirdi.

Dövlət başçıları koronovirus pandemiyası ilə mübarizə istiqamətində ölkələrimizdə həyata keçirilən işlər barədə fikir mübadiləsi apardılar və ikitərəfli münasibətlər, o cümlədən iqtisadi əməkdaşlığın perspektivləri, nəqliyyat-tranzit problematikası ilə bağlı məsələləri müzakirə etdilər.


Etiketlər:  Prezident İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmon arasında telefon danışığı olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ