Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2020 16:57
Bakı. Trend:
Azərbaycan Respublikasında 77 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 15 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.
Hazırkı dövrədək ölkəmizdə 2204 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1551 nəfər müalicə olunaraq sağalmış, 28 nəfər vəfat etmiş, 625 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 25 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 175.910 test aparılmışdır.