Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2020 18:50
Türkiyənin pop ulduzu Buray azərbaycanlı müğənni Əhməd Mustafayevi oğurluqda ittiham edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi uşaqlar üçün bəstələdiyi "Evdə qal" mahnısının Ə.Mustafayev tərəfindən mənimsədildiyini bildirib.
İnstaqramda post paylaşan sənətçi qeyd edib ki, Əhməd onun klipindəki rəqsləri, musiqini plagiat edib: "Əmək oğrusu! Sözləri, melodiyanı keçirəm. Bəs uşaqların rəqsi? Hər şeyi plagiatdır. Söz və musiqi müəllifi yerinə də öz adını yazıb.
Şikayət edəcəyik, məhkəmədə qarşılaşacağıq. Biz xalqa işıq, uşaqlara xoş əhval olsun deyə bu mahnını yazdıq. Yəni, ticari bir məqsədimiz olmayıb. Bu səbəbdən təzminat tələb etməyəcəyik. Verdiyim zəhmətin başqa ad altında təqdim olunması məni kədərləndirir. Əslində o, bizə yox, öz fanatlarına qarşı ayıb edib".
Burayın sözügedən paylaşımından sonra Əhməd Mustafayev mahnını yutub səhifəsindən silib.