Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2020 20:20
Amerika koronavirus simptomlarını daha tez aşkarlayan sensor kəşf edib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Northwestern Universitetində ixtira olunan sensor yara bandı boyüklüyündədir və boğaza yapışdırılaraq istifadə olunur. Sensor simptomlar hələ görünmədən virusu aşkarlamaq üçün yaradılıb. Boğazdakı nəfəs darlığı, öskürək kimi məlumatları toplayır, sonra bu məlumatları bulud texnologiyaları vasitəsilə digər simptomlarla müqayisə edir.
Hələlik yəni kəşf olunan sensorun hansı ölkələrdə tətbiq ediləcəyi, nə dərəcədə effektiv olacağı bəlli deyil.