Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Azərbaycanla oyunda favorit olmağımız heç nəyi həll etmir"

Tarix: 5 Iyun 2019 18:48

"Düşünürəm ki, hazırlığa ötən həftədən başlamağımız xeyirimizədir. Hər gün məşq etmək yaxşıdır".

Qol.az xəbər verir ki, bu sözləri Macarıstan millisininn yarımmüdafiəçisi Dominik Soboslay federasiyanın rəsmi saytına açıqlamasında deyib. İyunun 8-də Bakıda millimizlə keçiriləcək oyun haqda danışan "Zalsburq"un 18 yaşlı futbolçusu

"Bizi qarşıda 2 çətin oyun gözləyir. Azərbaycan millisininin oyununu analiz etməyə başlamışıq. Ona görə də deyə bilərəm ki, bizim üçün asan oyun olmayacaq. Bəlkə də kağız üzərində favorit bizik. Amma Xorvatiyanı məğlub etdikdən sonra bilirik ki, bu, heç nəyi həll etmir".

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Macarıstan oyunu saat 20:00-da başlayacaq.
 


Etiketlər:  Azərbaycanla oyunda favorit olmağımız heç nəyi həll etmir


RƏYLƏR