Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ay ərzində hər gün 200 milyondan çox insan Microsoft Teams-dan istifadə etdi

Ay ərzində hər gün 200 milyondan çox insan Microsoft Teams-dan istifadə etdi

Tarix: 7 May 2020 22:40

Microsoft-un baş direktoru Satya Nadella korporasiyanın rüblük hesabatını təqdim edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, aprel ayında Microsoft Teams proqramı vasitəsilə hər gün 200 milyondan çox insan onlayn görüşlərdə iştirak edib.

Onlayn tədbirlər ümumilikdə 4,1 milyard dəqiqədən çox davam edib.

Dünyanın 183 mindən çox təhsil müəssisəsi məhz bu tətbiqdən istifadə edir. Tək Birləşmiş Ərəb Əmirliklərində 350 mindən çox tələbə Microsoft Teams ilə birlikdə təhsil alır. İş sektorunda 100 mindən çox işçisi olan 20 təşkilat Teams-dan istifadə edir.

Milli.Az


Etiketlər:  Ay ərzində hər gün 200 milyondan çox insan Microsoft Teams dan istifadə etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ