Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2020 12:33
Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanda dövlət dili normalarının pozulmasına görə cərimələr müəyyən edilib.
Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, kütləvi informasiya vasitələrində dövlət dili normalarına riayət edilməlidir.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən isə kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğində cərimə ediləcəklər.
Dəyişikliklər Milli Məclisin plenar iclasında səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.