Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp Meksikanın razılaşmaq istədiyindən əmindir

Tramp Meksikanın razılaşmaq istədiyindən əmindir

Tarix: 5 Iyun 2019 23:20

Bakı. Trend:

Meksika höküməti Vaşinqtonla rüsumların tətbiq edilməsi və sərhəddə təhlükəsizlik məsələlərində razılaşmaq istəyir.

Trend-in məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp İrlandiyanın baş naziri Leo Vardakar ilə danışıqlardan sonra deyib.

D.Tramp bildirib: "Bilirsiniz, Meksika razılaşmaq istəyir. Hazırda onların bütün nümayəndə heyəti, çox güman ki, bizimkilərlə danışıqlar üçün Ağ Evə gəlirlər. Mən düşünürəm ki, onlar nəsə etmək istəyir (red. - razılaşmaq üçün). Onlar önəmli insanlarını göndəriblər (red. - Vaşinqtona)".

Qeyd edək ki, bu gün Vaşinqtonda ABŞ-ın vitse-prezidenti Mayk Pens və Meksikanın XİN rəhbəri Marsela Ebrard arasında danışıqlar keçiriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Tramp Meksikanın razılaşmaq istədiyindən əmindir


RƏYLƏR