Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2020 13:52
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 7-də 31,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,86 dollar/barel çoxdur.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 30,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,84 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 28,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,05 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 25,1 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,08 dollar/barel çoxdur.