Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Poçt şöbələrində birdəfəlik ödənişlərin verilməsi yekunlaşmaq üzrədir (FOTO)

Poçt şöbələrində birdəfəlik ödənişlərin verilməsi yekunlaşmaq üzrədir (FOTO)

Tarix: 8 May 2020 16:51

Bakı. Trend:

İşsizlər və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslər üçün birdəfəlik ödəmənin (190 manat) verilməsi prosesi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin poçt şöbələrində yekunlaşmaq üzrədir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən proqram üzrə 600 min şəxsə aprel ayının ödənişi bank filiallarına və poçt şöbələrinə köçürülüb. Layihə üzrə 590 mindən artıq vətəndaşa ödənişlər “Azərpoçt” MMC, qalan hissəsi isə müvafiq banklar tərəfindən həyata keçirilib. Birdəfəlik ödəmə vəsaiti “Azərpoçt” MMC-yə köçürülən, yəni aprel ayı üzrə müavinətini hələ də almayan vətəndaşlar istənilən poçt şöbəsinə və “Şəbəkə” Xidmət Mərkəzinə şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini əldə edirlər.

Qeyd edək ki, “Azərpoçt” MMC xüsusi karantin rejimində bir sıra sosial layihələrin icrasına da dəstək verir. Belə ki, korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, həmçinin fermerlərə qayğı göstərmək məqsədilə növbəti dəstək kampaniyasını davam etdirir. İnsanların qapalı məkanlarda kütləvi toplanmasının qarşısını almaq üçün “fermer kartları” “Azərpoçt” filialları vasitəsilə fermerlərin ünvanlarına çatdırılır.

Həmçinin, dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondunun başladığı “Biz birlikdə güclüyük” şüarı ilə keçirilən sosial aksiya davam edir. Aksiya çərçivəsində müraciətlər əsasında ölkə üzrə qeyd olunan kateqoriyadan olan ailələrə ərzaq məhsullarından ibarət yardımlar paylanılır. Sovqatların ailələrə çatdırılmasına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC də dəstək verir.

Eyni zamanda, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə “Azercell”in həyata keçirdiyi sosial layihə çərçivəsində qlobal pandemik infeksiyanın yayılmasının həssas təbəqədən olan ailələrə göstərdiyi müvəqqəti təsirləri aradan qaldırmaqda dövlətə dəstək nümayiş etdirildi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyənləşdirilmiş siyahıya əsasən, Bakı şəhərində yaşayan, I qrup əlilliyə görə sosial müavinət alan 6 minə yaxın aztəminatlı ailəyə bayram sovqatı təqdim olundu. Hədiyyələr həmin ailələrin ünvanlarına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC tərəfindən çatdırıldı.

Poçt şöbələrində birdəfəlik ödənişlərin verilməsi yekunlaşmaq üzrədir (FOTO) - Gallery Image Poçt şöbələrində birdəfəlik ödənişlərin verilməsi yekunlaşmaq üzrədir (FOTO) - Gallery Image Poçt şöbələrində birdəfəlik ödənişlərin verilməsi yekunlaşmaq üzrədir (FOTO) - Gallery Image Poçt şöbələrində birdəfəlik ödənişlərin verilməsi yekunlaşmaq üzrədir (FOTO) - Gallery Image Poçt şöbələrində birdəfəlik ödənişlərin verilməsi yekunlaşmaq üzrədir (FOTO) - Gallery Image Poçt şöbələrində birdəfəlik ödənişlərin verilməsi yekunlaşmaq üzrədir (FOTO) - Gallery Image


Etiketlər:  Poçt şöbələrində birdəfəlik ödənişlərin verilməsi yekunlaşmaq üzrədir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ