Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı metrosu koronavirusa görə milyonlar itirdi - RƏSMİ RƏQƏMLƏR

Bakı metrosu koronavirusa görə milyonlar itirdi - RƏSMİ RƏQƏMLƏR

Tarix: 8 May 2020 17:40

Koronavirus pandemiyası ilə əlaqədar ölkədə metropolitenin fəaliyyətinin dayandırılması bu nəqliyyat vasitəsinin nə qədər sərnişin itirməsi ilə nəticələnib?

Milli.Az xəbər verir ki, bu suala Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinqdə "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov cavab verib.

Sədr bu günlər ərzində metropolitenə dəyən zərəri açıqlayıb:

"Statistika var. Biz onu pula çevirib itkilərimizi saymırıq, biz sayırıq ki, nə qədər sərnişin itirmişik. Bu günə qədər biz 29 milyon sərnişin itirmişik".

Qeyd edək ki, gediş haqqının 30 qəpik olduğunu nəzərə alsaq 29 milyonu həmin rəqəmə vuranda Metropolitenin 8 milyon 700 min manat itirdiyi məlum olur.

Təhməz Əsəd
Milli.Az


Etiketlər:  Bakı metrosu koronavirusa görə milyonlar itirdi RƏSMİ RƏQƏMLƏR


RƏYLƏR