Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı Metropolitenində havalandırma necə həyata keçirilir?

Bakı Metropolitenində havalandırma necə həyata keçirilir?

Tarix: 8 May 2020 17:54

Bakı. Samir Əli - Trend:

"Bakı Metropoliteni"ndə havalandırma iki formada həyata keçirilir.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində "Bakı Metropoliteni" QSC-nin İdarə Heyətinin sədri Zaur Hüseynov deyib.

Onun sözlərinə görə, ilk olaraq qatarlar hərəkət edən zaman porşen sistemi ilə özləri havalandırılır. Qatarlar dayandığı zaman isə ventilyasiya sistemi ilə havalandırma olur: "10 ədəd yeni ventilyator alınıb və postpandemiya dövründə quraşdırılması gözlənilir. Karantin dövrü ilə əlaqədar hələlik quraşdırılma prosesi dayandırılıb. Karantinin yumşaldılmasından asılı olaraq onların quraşdırılmasına başlanacaq. Artıq bununla bağlı bəzi tədbirlər görülüb".

Z.Hüseynov onu da əlavə edib ki, hazırda metropolitendə 280 vaqon var: "Onlardan 55-i yeni vaqondur və bu vaqonlarda kondisionerlər quraşdırılıb. Köhnə vaqonlar kondisionersiz işləyəcək. Köhnə qatarlara kondisioner quraşdırmaq mümkün deyil, amma bu qatarlarda da ventilyasiya sistEmi işlək vəziyyətə gətirilib".


Etiketlər:  Bakı Metropolitenində havalandırma necə həyata keçirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ