Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ekspert: İstənilən respirator xəstəlik KORONAVİRUS OLA BİLƏR

Ekspert: İstənilən respirator xəstəlik KORONAVİRUS OLA BİLƏR

Tarix: 8 May 2020 23:06

Tənəffüs orqanlarının istənilən infeksiyasına xəstəxanada koronavirus diaqnozu qoyula bilər. Çünki normal mövsümi viruslara yoluxma halları onsuz da azalmaqdadır.

Sonxeber.net xəbər verir ki, bu barədə Rusiyanın Səhiyyə Nazirliyinin Milli İnfeksiya Xəstəlikləri Araşdırma Mərkəzinin rəhbərinin müavini Vladimir Çulanov "Россия 24" kanalına məlumat verib.

"Unutmaq olmaz ki, hazırda koronavirus infeksiyası geniş yayılıb, tənəffüs orqanları xəstəliklərinin əksər hissəsini təşkil edir. Artıq mövsümlə bağlı digər tənəffüs virus infeksiyaları azalmaq üzrədir, odur ki, bu cür xəstəliklərin əlamətləri şübhə doğurmalıdır".

Mütəxəssis qeyd edib ki, hər hansı bir tənəffüs infeksiyasının ilk əlamətlərində xəstəliyin irəliləməsinin qarşısını almaq üçün dərhal həkimlərə müraciət edilməlidir. (publika.az)


Etiketlər:  Ekspert İstənilən respirator xəstəlik KORONAVİRUS BİLƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ