Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2020 12:56
“Real”ın futbolçuları La Liqanın koronavirusa görə dayandırılmasından sonra dünən ilk dəfə bazaya yığışıblar.
Qol.az “Marca”ya istinadən xəbər verir ki, komanda ilk olaraq tibbi müayinədən keçib. Bu zaman Eden Hazardın fiziki durumu baş məşqçi Zinəddin Zidanı yaxşı mənada heyrətləndirib. Belçikalı oyunçunun fərdi hazırlıqlar zamanı üzərində ciddi işlədiyi və xeyli arıqladığı üzə çıxıb.
Qeyd edək ki, Hazard fastfudu xoşladığını və artıq çəki ilə həmişə mübarizə apardığını gizlətməyib.
Əlavə edək ki, “Real” məşqlərə mayın 11-dən başlayacaq.