Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Böyük ticarət mərkəzlərinin mayın sonuna kimi açılması gözlənilmir

Böyük ticarət mərkəzlərinin mayın sonuna kimi açılması gözlənilmir

Tarix: 9 May 2020 18:21

Bakı. İlhamə İsabalayeva – Trend:

Böyük ticarət mərkəzlərinin açılması məsələsi də gündəmizdədir, bununla bağlı müzakirələr davam edir.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, böyük ticarət mərkəzlərinin mayın sonuna kimi açılması gözlənilmir: “Amma təbii ki, Nazirlər Kabineti yanında operativ qərargah bütün statistik göstəriciləri təhlil edərək bununla bağlı qərar verəcək. Ola bilsin ki, gələcək günlərdə ticarət mərkəzləri açılsın. Amma mərkəzlərin içində yoluxma sayını artıra bilən sahələrdə, məsələn, uşaqlar üçün əyləncə mərkəzlərində, qida bölmələrində məhdudiyyətlər qoyula bilər”.


Etiketlər:  Böyük ticarət mərkəzlərinin mayın sonuna kimi açılması gözlənilmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ