Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çin mütəxəssislərindən dünyaya 5 MƏSLƏHƏT: - Özünüzdə məsuliyyət olmayana qədər, virusa qalib gələ bilməyəcəksiz

Çin mütəxəssislərindən dünyaya 5 MƏSLƏHƏT: - Özünüzdə məsuliyyət olmayana qədər, virusa qalib gələ bilməyəcəksiz

Tarix: 9 May 2020 19:38

Çin sahibkarları və biznes rəhbərləri pandemiya dövrü və ondan sonra istehlakçı, istehsalçı və xidmət sektorunun koronavirusla mübarizədə əsas diqqət yetirməli məqamları açıqlayıb. Onlar pandemiyaya necə qısa müddətdə üstün gəldiklərinin sirrinin sadə olduğunu bildiriblər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Çin istehsalçılar birliyi ölkələrdə vətəndaş məsuliyyətinin gücləndirilməsini məsləhət görüb.

"Bizim uğurlu nəticəmiz göstərdi ki, həm əhalinin, həm də onlara xidmət göstərən hər bir sektorun təkcə özünə yox, qarşısındakına və ümumi cəmiyyətə qarşı məsuliyyətli olması, təhlükəsizliyə cavabdeh davranması mübarizədə ən böyük rolu oynayır. Rusiyada, Avropada mübarizə tədbirləri, düşünülən planlar effektivdir, amma onlara əhali tərəfindən əməl olunması kifayət qədər deyil.

• Ölkələr mütləq məcburi maska taxmaq öhdəliyi qoymalıdır. Nəqliyyat, metro, ictimi yerlər, marketlərdə maskasız insan olmamalıdır.

• Epidemiya əleyhinə fərdi mühafizə və dezinfeksiya vasitələrinin əlçatan və bol olması, onların qiymətlərinin baha olmamasına nəzarət etmək lazımdır.

• Nəqliyyat, market və ictimai iaşə yerlərinə daxil olan hər bir şəxsin temperaturu yoxlanmalıdır.

• Stasionar müalicəyə ən yüngül formada xəstəliyi keçirənlər də götürülməlidir, onlar potensial olaraq virusu yaya biləcək təhlükədir. Xəstə insanların əhalidən tam təcridi işi ilə yalnız xəstəni stasionara götürməklə nail olmaq olar. Onun evdə özünü düzgün təcrid edəcəyinə heç kim zəmanət vermir. Ona görə modul tipli xəstəxanaları açmaq və artırmaq lazımdır.

• Koronavirusla mübarizənin 4 əsas prinsipi var: tez aşkarlamaq - testlər. Tez xəbər vermək. Dərhal təcrid etmək. Vaxtında düzgün müalicəyə başlamaq.

Milli.Az


Etiketlər:  Çin mütəxəssislərindən dünyaya 5 MƏSLƏHƏT Özünüzdə məsuliyyət olmayana qədər virusa qalib gələ bilməyəcəksiz


RƏYLƏR