Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2020 19:48
Liqa 1-in saytı Fransa çempionatında son 20 ilin ən yaxşı hücumçusunu müəyyənləşdirmək üçün azarkeşlər arasında sorğu keçirilib.
Qol.az xəbər verir ki, sorğunun nəticəsinə əsasən, Didye Droqba 1-ci olub. O, finalda Zlatan İbrahimoviçi üstələyib.
Fil Dişi Sahilindən olan keçmiş hücumçu finala gedən yolda Aleksander Frey, Kərim Benzema və Pedru Pauletunu qabaqlayıb.
Qeyd edək ki, Droqba Fransada "Le-Man", "Qenqam" və "Marsel"də oynayıb.