Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ölü ulduzların ətrafında fırlanan qayalıq planetlərdə həyat ola bilər

Ölü ulduzların ətrafında fırlanan qayalıq planetlərdə həyat ola bilər

Tarix: 9 May 2020 23:52

Alimlər həyatın mövcudluğunun ölü ulduzların - ağ cırtdanların ətrafında fırlanan qayalıq planetlərdə tapılacağını ehtimal edirlər.

Milli.Az ted.az-a istinadən bildirir ki, tezliklə "Ceyms Vebb" kimi yeni nəsil kosmik teleskoplar ekzoplanet atmosferlərində həyatın aşkar edilməsi ilə məşğul olacaq. Oksigen, metan, azot və ozonun oksidləşməsinin ən aşağı dərəcələrinin tapılması ilə onlarda həyatın mövcudluğunu iddia etmək mümkün olacaq.

ABŞ-ın Kornell Universitetinin mütəxəssisi, tədqiqatın aparıcı müəllifi Teya Kozakis ölü ulduzların yanında həyatın tapılacağını güman edir.

O bildirib ki, ağ cırtdanlar ulduzların qalığı hesab edilirlər. Lakin onlar toplanmış istilik enerjisini saçaraq və öz planetlərini qızdıraraq parıldamağa davam edir, milyardlarla il boyunca sabit qalırlar. Sabitlik, işıq və istilik isə həyat üçün zəruri amillərdir.

Milli.Az


Etiketlər:  Ölü ulduzların ətrafında fırlanan qayalıq planetlərdə həyat bilər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ